1671793248699541148_1200x630.jpg

Bu gün aksiyanın on ikinci günüdür. Aksiya ekofəalların, ekoloji problemlərin həlli ilə məşğul olan qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə başlayıb.

Biz yeraltı və yerüstü sərvətlərimizin monitorinqini aparmaqla bağlı təşəbbüs göstərmişdik. Ancaq hələ ki, nəticə əldə olunmayıb.

araz.az-ın xəbərinə görə, bu sözləri AZƏRTAC-ın Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə ezam olunmuş müxbirinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.

Aksiyaya ikinci dəfədir qatıldığını bildirən U.Mirzəyev deyib: “Dövlətimizin bir neçə rəsmi qurumu monitorinqlə əlaqədar danışıqlar üçün cəhd etmişdi. Ancaq qarşı tərəf buna imkan vermədi. Bundan sonra vətəndaş cəmiyyətinin üzvləri və digər təşkilatların təmsilçiləri buna qarşı tədbir görməyə başladılar və bu aksiyada fəal iştirak edirlər. Bizim təşkilatın üzvləri də fəaldırlar, öz tələblərini çatdırır, etirazçılara dəstəklərini nümayiş etdirirlər. Aksiyadakı məramımız dövlətçiliyə xidmət edir.

QHT rəhbəri vurğulayıb ki, Laçın-Xankəndi yolunun Azərbaycana məxsus olmasına baxmayaraq, bizdən başqa hər kəsin üzünə açıq idi. Rusiya sülhməramlıları bu yoldan istifadə edən heç kəsin sənədini yoxlamırdı. Onlar ermənilərin nə apardığına, nə gətirdiyinə diqqət etmirdilər. Burada olduğumuz vaxt Rusiya sülhməramlılarına məxsus bir neçə təchizat maşınının sərbəst keçidinə şahidlik etdik. Bu yol humanitar məqsədlər üçün tam açıqdır, heç bir maneədən söhbət gedə bilməz. Biz birinci gündən bəyan etmişik ki, humanitar məqsədlər üçün hərəkətdə olan nəqliyyat vasitələrinə maneə yaratmayacağıq. Buna baxmayaraq, ermənilər öz çirkin təbliğatlarını davam etdirirlər.

“Separatçı erməni qüvvələri regiona sülhün gəlməsində maraqlı deyillər. Onlar hər şey edirlər ki, sülhməramlıların vaxtı uzadılsın, kontingentin sayı çoxalsın: “Separatçı qüvvələr dərhal tərk-silah olunmalı, regiona sülh gəlməlidir. Ancaq bu gün onlar silahlanmaqla məşğuldurlar və arsız-arsız bizə “əzələ” göstərirlər. Bizə qarşı istənilən hərəkətə sərt cavab verməyə hazırıq. Azərbaycan dövləti regionda sülhün olmasını istəyir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.