Mətbuat Şurasının sədri, ad günü münasibəti ilə, Prezidenti təbrik edib
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Mətbuat Şurasından araz.az-a daxil olan həmin təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibəti ilə, Sizi ürəkdən təbrik edir və Sizə, ən xoş arzularımı ünvanlayıram. Tam səmimiyyətlə bildirirəm ki, Sizin müstəsna sadəlik və təvazökarlıqla keçirdiyiniz, xalqımızın isə böyük sevinclə qeyd etdiyi hər ad gününüz Azərbaycanın müasir tarixinin böyük nailiyyətlərlə yadda qalan daha bir ilinin uğurlu yekunu deməkdir. Dövlətimizin və xalqımızın son dövrdə qazandığı parlaq uğurlar, xüsusən İkinci Qarabağ müharibəsinin — Vətən savaşımızın Böyük Zəfərlə yekunlaşması, hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan nəhəng quruculuq işləri Sizin adınız və mükəmməl idarəçilik fəaliyyətinizlə birbaşa bağlıdır.
Sizin rəhbərliyiniz dövründə, ölkə həyatının hər sahəsində olduğu kimi, mətbuat və mediamızda da ciddi yeniliklər baş verib. Şəxsi diqqət və qayğınız nəticəsində bu sahənin inkişafı naminə atılan bir sıra vacib addımlar bu gün də öz bəhrəsini verməkdədir. Əmin ola bilərsiniz ki, göstərdiyiniz ali etimadı və yüksək qayğını layiqincə doğrultmağa çalışan Azərbaycan mətbuatı bundan sonra da milli-dövlətçilik maraqlarını daima öndə tutacaq, eyni zamanda, peşəkarlıq səviyyəsini davamlı şəkildə artıracaqdır.
Möhtərəm cənab Prezident.
Bu əlamətdar tarix — doğum gününüz münasibətilə, Sizi, bir daha ürəkdən təbrik edir, Sizə, məsuliyyətli və şərəfli dövlətçilik fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyir, möhkəm cansağlığı və şəxsi həyatınızda bol-bol uğurlar arzulayıram”.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.