Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilib:
“Möhtərəm Cənab Prezident!
Sizi 61 yaşınızın tamam olması münasibətilə öz adımdan və rəhbəri olduğum Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin bütün üzvləri adından təbrik edir, Sizə can sağlığı, Azərbaycanımızın rifahı uğrunda yorulmaz fəaliyyətinizdə daha böyük nailiyyətlər arzu edirəm!
44 günlük vətən müharibəsində tarixi Zəfərimizin memarı olaraq üzərimizdən tarixi ləkəni sildiniz. Sizin qətiyyətiniz və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımız işğaldan azad olundu.
Bu gün Azərbaycan regionun lider, dünyanın isə önəmli dövlətlərindən biridir. Ölkəmizin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Sizin rəhbərliyiniz altında ölkəboyu həyata keçirilən kompleks islahatların müsbət nəticələrini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir. Bu dəyişikliklər hər birimizin gözü önündə baş verib. Hazırda Azərbaycan vətəndaşları müasir həyat standartlarına uyğun yaşayırlar. Vaxtilə Azərbaycanda insanlar yalnız yaşamaq haqqında düşünürdülərsə, indi yaxşı yaşamaq haqqında düşünürlər. Bu, o deməkdir ki, insanların həyatında müsbət dəyişikliklər baş verir. Bugünkü hökumət insanların yaxşı yaşamaları üçün hər cür şərait yaratmağa çalışır. Bu, dövlət başçısı olaraq Sizin həyata keçirdiyiniz siyasətin uğurudur. Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir.
Hörmətli Ali Baş Komandan!
Siz təkcə Azərbaycan Respublikası vətəndaşlarının deyil, dünya azərbaycanlılarının haqq səsi olduğunuzu sübuta yetirdiniz, təkcə bu günlə yox, gələcəklə səsləşən hədəflər müəyyən etdiniz.
Sizi bir daha təbrik edir, qüdrətli Azərbaycan yolunda fəaliyyətinizdə uğurlar arzulayırıq!
Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan!”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.