Hazırda hədəfimiz tarixi torpaqlarımız Qərbi Azərbaycana qayıtmaqdır.
araz.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin dekabrın 27-də keçirilən plenar iclasında deyib.
Ekofəalların Şuşa-Xankəndi yolunda davam edən etiraz aksiyasının əhəmiyyətindən danışan deputat bildirib ki, biz öz haqq işimiz urunda mübarizə aparırıq.
B.Məhərrəmovun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 28-ci maddəsi, 1948-ci ilin İnsan hüquqları Bəyannaməsinin 13-cü və 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Paktın 12-ci maddəsində açıq formada təsbit olunub ki, qanuni şəkildə ölkə ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər. Konstitusiyamızın 14-cü maddəsinə əsasən təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. 39-cu maddənin məzmununa görə isə ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədilə, zərər vurula bilməz və hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ var.
“Heç kəs Azərbaycanı dayandıra bilməz. İndi hədəfimizdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına, sülh yolu ilə, beynəlxalq konvensiyalara uyğun dönüşü dayanır. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin bu layihəsi Azərbaycanın hücum siyasəti doktrinasının qızıl səhifələrindən biri kimi yadda qalacaq”, – deyə deputat vurğulayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.