elsad54.jpg

“Hər halda ictimai fəal Bəxtiyar Hacıyevin Fövqəladə Hallar Nazirliyinin piarını aparması barədə ortaya çıxan faktlar təqdir olunası hal deyil. İllərdir müxalifətdə olan insanlar var, haqqı, ədaləti itirməyiblər. Ona görə də hamını eyni tərəzinin gözünə qoymaq düzgün deyil. Uzun illərdir, xalq hərəkatı dövründən qalan xeyli müxalifətçi dostlarımız var, əqidə adamlarıdırlar, hansısa konnekturaya işləmirlər, nə də bir nazirlikdən digər nazirliyə xəbərçiliklə məşğul deyillər”.

araz.az  Pravda.az-a istinadən  xəbər verir ki, Bu sözləri  Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev müxalifət nümayəndlərinin məmurlarla əlbir olması barədə yayılan iddialara münasibət bildirərkən deyib.

“Bəxtiyar Hacıyev kimilər təzə adamlardır, bir qisminin əli Avropanın cibindədir, bir qisminin əli isə İranın, Rusiyanın. Kim daha çox qışqırırsa, həmişə ondan şübhələnmək lazımdır. Söhbət təkcə Bəxtiyar Hacıyevdən getmir. Ümumiyyətlə, Azərbaycanda bir qrup adamlar var ki, Avropanın müəyyən dairələrinin əlaltısı qismində Azərbaycan əleyhinə çıxış edirlər. Siyasi təşkilatlarda, QHT-lərdə, mediada, ziyalılar içərisində İranın “5-ci kolun”unun, Rusiyanın əlaltıları var də var. Müəyyən qisim adamlar isə kürəklərini Avropaya, ora-bura dirəyiblər, hakimiyyətlə oyun oynayırlar, heç kimi bəyənmirlər. Ölkənin milli qüvvələrinə də böhtan atmaqla məşğuldurlar, qrant dəllalları, bax, bunlardır”, – partiya sədri bildirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.