“Son 200 il ərzində ermənilər Cənubi Qafqaza – Azərbaycanın tarixi torpaqlarına köçürüləndən bəri soydaşlarımıza qarşı saysız-hesabsız cinayətlər törədiblər. Heç vaxt bu cinayətlərə görə cəza almayıblar. Çünki ermənilər xüsusilə bu bölgədə siyasi-iqtisadi maraqları olan bəzi havadarlarının köməkliyi ilə törətdikləri cinayətlərin dünyaya çatmasının qarşısını ala biliblər. Ermənilərin həmişə ən qorxduqları məsələlərdən biri də budur ki, törətdikləri cinayətlər soydaşlarımız tərəfindən unudulmur. Sonuncu – 1988-1991-ci illər deportasiya zamanı, Qarabağ münaqişəsinin ilk mərhələsində ermənilər Qərbi Azərbaycanda 300 minə qədər soydaşımıza qarşı görülməmiş vəhşiliklər törətdilər. Bundan sonra Azərbaycan torpaqlarını işğal etməklə 1 milyona yaxın soydaşımızı doğma yurdlarından qovdular. Bununla bir növ 1988-1991-ci illərdə Qərbi Azərbaycanda törətdikləri cinayətləri arxa plana keçirməyi bacardılar…”
araz.az-ın xəbərinə görə, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
Deputatın sözlərinə görə, həmin dövrdən bu günə qədər ermənilər hər dəfə Qarabağ məsələsini gündəmdə saxlamağa çalışırlar ki, Qərbi Azərbaycanda törətdikləri cinayətlər dilə gətirilməsin, müzakirə obyektinə çevrilməsin:
“Cənab Prezident dəfələrlə öz çıxışlarında deyəndə ki, ola bilər, ermənilərlə yanaşı, birgə yaşayaq, amma biz xalqımıza qarşı törədilən cinayətləri, Xocalı soyqırımını unutmayacağıq. Ermənilərin ən qorxduqları məsələ budur. Azərbaycan xalqı ermənilərin 200 il ərzində zaman-zaman törətdikləri cinayətləri unutmasa, artıq ermənilərin bütün mahiyyətləri, çirkin niyyətləri ortaya çıxır, dünyaya bəlli olur. Ermənilər həmişə dünyanı inandırıblar ki, guya heç kimə qarşı soyqırımı törətmirlər, amma bütün millətlər onlara qarşı soyqırımı törədir, sıxışdırır, yerini dar edir, təcavüz edir. Öz etdikləri əməlləri başqalarının üstünə yıxmaqla özlərini təmizə çıxartmağa, həmişə çirkin niyyətlərini davam etdirməyə çalışırlar. Sovet hakimiyyəti tarix səhnəsinə gələndən sonra ermənilərin 1918-1920-ci illərdəki cinayətləri SSRİ-nin “milli” siyasəti nəticəsində unutduruldu. Amma ermənilər altdan-altdan öz işlərini görməyə davam etdilər. Ərazilərimizi zəbt edə-edə, Moskvanın əli ilə, “qanuni”, ya qanunsuz yollarla öz əməllərindən heç vaxt geri çəkilməyiblər, həmişə də buna davam ediblər. 1918-1920-ci illərdə soydaşlarımıza qarşı ayrı-ayrı bölgələrdə törətdikləri vəhşi cinayətləri 1988-1991-ci illərdə Qərbi Azərbaycanda bir də təkrar etdilər. Xocalı soyıqırımı kimi Qərbi Azərbaycanda yüzlərlə yaşayış məntəqəmiz tamamilə yer üzündən silinib. Xüsusilə kəndlərimiz var ki, 1918-1920-ci illərdə əhalisi son nəfərinə qədər qətlə yetirilib, kənd yer üzündən silinib. Amma bunların hamısı dünya ictimaiyyətindən gizli saxlanılıb”.
Ə.Ələkbərli deyib ki, Qarabağ məsələsi gündəmdə olduğu üçün 1988-1991-ci illərdəki deportasiyamız, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən cinayətlər bir növ arxa plana keçmişdi:
“Millət və dövlət olaraq bir hədəfimiz var idi – Azərbaycanın işğal olunmuş əraziləri düşməndən azad olunsun, məcburi köçkünlərimiz öz torpaqlarına qayıtsınlar. Qarabağ Azərbaycanın ana məsələsi idi və bu məsələ həll olunmamış Azərbaycanın başqa heç bir tarixi torpaqları məsələsi gündəmə gələ bilmirdi. Çünki Qarabağ məsələsi hər bir Azərbaycanlının ana məsələsi idi. 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad olundu, qarşımızda artıq yeni perspektivlər açıldı. Qarabağ münaqişəsinin ilk mərhələsində Qərbi Azərbaycan ərazisində ermənilərin xalqımıza qarşı törətdikləri bütün cinayətləri masa üzərinə yatırtmaq, dünya ictimaiyyətinə çatdırmaq zərurətini ortaya qoyduq. Ermənilərin artıq ayaqlarının altından yer qaçır. Artıq dünya başa düşür ki, bunların məsələsi təkcə Qarabağ məsələsi deyil, işğalçılıq, qonşu ölkələrin ərazilərini zəbt etmək, insanlığa düşmən olmaq məsələsidir. Yaxşı, sənin məsələn Qarabağ ermənilərinin məsələsidirsə, onda “öz ərazində” o vaxtkı Ermənistan SSRİ-nin vətəndaşı olan azərbaycanlı əhaliyə qarşı soyqırımını niyə həyata keçirirdiniz? Deməli, sənin məqsədin həm də zəbt etdiyin ərazilərdə etnik təmizləmə aparmaqdır. Necə ki 30 il işğal altında saxladığın ərazilərdə işğal zamanı dərhal etnik təmizləmə aparmışdın. Bu, tarixdə analoqu olmayan bir məsələ idi. Amma bir az arxaya, indiki Ermənistan ərazisindəki etnik təmizləməyə baxada görürük ki, işğal etdiyi istənilən ərazidə etnik təmizləmə aparmaq, oranın guya tarixən ermənilərə məxsus olduğunu sübut etməyə çalışmaq ermənilərin əsas hədəflərindən, məqsədlərindən biri idi. Ona görə də ermənilər bu gün azərbaycanlıların ora qayıtmasından daha çox, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin müzakirə obyektinə çevrilməsindən qorxurlar. Son 200 ildə təkcə xalqımıza qarşı yox, regiondakı bütün xalqlara qarşı – 1918-1920-ci illərdə soyqırımına məruz qalanların içində yəhudilər, kürdlər və başqa millətlərin nümayədələri də var – törətdikləri cinayətlərin hamısının masaya gətirilməsi ermənilərin qeyri-insani, işğalçılıq mahiyyətini, xəstə təxəyyülə sahib bir ovuc toplum olması mahiyyətini faş edir. Ermənilər bundan qorxurlar. Bu, ortaya gələndən sonra ermənilərin insanlığa düşmən olan bir toplum kimi obrazı açılır, maskası yırtılır. Ermənilərin gerçək mahiyyəti masaya qoyulandan sonra buyursun dünya, qiymət versin. Görsünlər söhbət hansı etnik toplumdan gedir? Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlarımızda gəzərkən dediyi kimi, görsünlər ki, hansı vəhşi qəbilə ilə qarşı-qarşıya dayanmışıq. Ermənilərin işğal etdikləri ərazilərimizdə 30 il ərzində törətdikləri vəhşliklərin dünya praktikasında analoqu yoxdur”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.