Qərbi Azərbaycan İcmasının əsas hədəfi qaçqınların öz dədə baba yurdlarına qayıtmasını təmin etməkdir. Əsas məqsədimiz indiki Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası və onlara qarşı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, eyni zamanda, bu cinayətləri törətmiş ermənilərin cəzalandırılmasıdır.
araz.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən plenar iclasında deputat, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib.
Deputat Qərbi Azərbaycan İcmasının strukturu barədə də məlumat verib. Bildirib ki, İcmada Müşahidə, Ağsaqqallar, Qadınlar, Qəyyumlar şöbələri, Gənclər Birliyi, Nəzarət Təftiş Komissiyası kimi strukturlar fəaliyyət göstərir. Strukturlarda 400-ə yaxın icma üzvü toplanıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.