“Azərbaycan Prezidenti son çıxışında elan etdi ki, Zəngilanda artıq bir kənd yerləşdirilib”.
araz.az Konkret.az-a istinadən bildirir ki, bu barədə iranşünas Vardan Voskanyan yazıb.
“Belə çıxır ki, 41 ailənin yaşadığı bir kənd üçün iki hava limanı tikilib. Əslində Azərbaycanın məqsədi başqadır.
Biri Füzulidə, digəri Zəngilanda tikilən aeroportlar ağır təyyarələri qəbul etməyə qadirdir.
Bakı köçkünləri Qarabağa tez bir zamanda köçürmək fikrində deyil. Qarabağı Ermənistan və İrana qarşı genişmiqyaslı əməliyyatlar aparmaq üçün hərbiləşdirilmiş zonaya çevirmək və bu ərazilərə regiondankənar qüvvələri də cəlb etmək məqsədi güdür.
Bu da o deməkdir ki, Bakı yeni hücuma hazırlaşır, sülh ilə bağlı verilən vədlər boş və mənasızdır. Ermənistan-İran strateji müttəfiqliyinin formalaşması və həyata keçirilməsi isə həyati zərurətə çevrilib”, – deyə Voskanyan sərsəmləyib.
araz.az xəbıər portalı.
araz.az xəbər portalı.