saleh.jpg

Azərbaycanda son illər korrupsiyaya qarşı aparılan mübarizə, hüquq-mühfizə orqanlarının apardığı əməliyyatlar, eləcə də müstəqil araşdırmalar “kölgə iqtisadiyyat”ı ilə bağlı yeni-yeni faktları gün işığına çıxarır.

Bəzən proseslər elə sürətlə baş verir ki, bir məmurla bağlı başlayan araşdırmalar başa çatmamış digər məmurun talançılıq və korrupsiya yolu ilə əldə etdiyi milyonlarla dollarlıq sərvəti, biznes obyektləri üzə çıxır. Bax, elə hazırda Naxçıvanın Ali Məclisinin sabiq sədri Vasif Talıbovun biznesinə əl qoyulması ilə bağlı intensiv xəbər axının müşahidə olunduğu bu günlərdə daha bir vəzifəli şəxslə bağlı iddia gündəmə gəlib.

Belə ki, Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun özünün və oğlunun böyük şirkətləri üzə çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı, böyük məmurların “vurulduğu”, həbs olunduğu bir vaxtda hansısa bir qurumun rəhbərliyində çalışan müşavirin bu qədər sərvəti necə əldə etməsi əlbəttə, təəccüb doğurmaya bilmir. Ancaq kiçik araşdırmalardan sonra bu sərvətin necə deyərlər, mənbəyi də, mənsəbi də məlum olur.

araz.az bildirir ki, bununla bağlı Bakupost.az -ın əldə etdiyi məlumata görə, Şahin İbadov bilavasitə AAYDA-nin sədri Saleh Məmmədovun xüsusi himayəsi altında böyük səlahiyyətlər əldə edib. O, bu səlahiyyətlərdən “səmərəli” istifadə edərək, külli miqdarda sərvətə sahiblənib. Uzun illərdir yol infrasturkturu ilə bağlı mühüm dövlət vəzifələrində çalışan Şahin İbadov el dili ilə desək, papağını günə yandırmayıb. Saleh Məmmədovun kölgəsinə sığınan müşavir bu illər ərzində özünə və ailəsinə böyük biznes imkanları yaratmağı bacarıb.

Qeyd edək ki, Şahin İbadov hazırkı AAYDA sədrinin müşaviri vəzifəsinə qədər Şəki və Oğuz yol tikinti istismarı idarəsinin rəisi, Bakı 4 saylı idrənin rəisi, “AzərAvtoyol Təchizat İdarəsi”nin rəisi, “Azəravtoyol” sədrinin məsləhətçisi vəzifəsində çalışıb. və hazırda isə AAYDA sədrinin müşaviridir.

Əldə etdiyimiz məlumata görə, Şahin İbadov həm də Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusdur. QSC-nin qanuni təmsilçisi isə Məhərrəmov Tofiq Vüqar oğludur.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.