IMG-20230109-WA0028-768x403.jpg

      Qərbi Azərbaycan İcmasında, İcmanın Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirilib. Bu barədə, İcmanın Mətbuat Xidmətindən araz.az-a verilən məlumata görə,
görüşü giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq, İcmanın fəaliyyətində qadınların həmişə böyük rolu olduğunu və bundan sonra da olacağına əminliyini bildirib.

        Məlumata görə, icmanın rəhbəri Əziz Ələkbərli çıxış edərkən deyib: “Hələ XIX yüzildə İrəvan xanımları Avropanın tanınmış ali məktəblərində təhsil almışlar. Sovet hakimiyyətinin ilk illərində, sonrakı dövrlərdə də Qərbi Azərbaycan xanımları xüsusilə dövlət, elm və təhsil sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışmışlar, bu gün də çalışırlar. Qərbi Azərbaycan İcmasında da xanımlarımız müxtəlif strukturlarda təmsil olunurlar”.

        Tədbirdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavinləri – Əməkdar jurnalist Telli Pənahqızı və filologiya elmləri doktoru Almaz Ülvi, Şura üzvləri iştirak və çıxış ediblər.
         Məlumatda o da qeyd olunub ki, sonda tədbir iştirakçıları İcmanın yeni inzibati binasında əməkdaşlar və Şuralar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

araz.az xəbər portalı.

8k432ailbLD6WsLJHo7ZPNfe2UMdfUVKe713UYJx.jpg

s9GOSMCWSmD3ch3jnepTVkgnDkf3NI2jryd9ETfK.jpg

araz.az xəbər portalı.