ehmed44.jpg

Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edilməsini özündə əks etdirən qanun layihəsi hazırlanıb, layihə hökumətdə baxılmaqdadır.

araz.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov qurumun 2022-ci ilin yekunlarına dair hesabat konfransında bildirib.

Ə.İsmayılovun sözlərinə görə, layihədə qeyd olunub ki, media subyektləri fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən azad olunur.

Layihəyə əsasən, media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir.

araz.az xəbır portalı.

araz.az xəbər portalı.