Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Jurnalistika fakültəsini bitirənlərin Media Reyestrinə daxil edilməməsinə aydınlıq gətirilib.
araz.az-ın xəbərinə görə, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun 2022-ci ilin yekunlarına dair hesabat konfransında bildirib ki, həmin şəxslər diplom ala bilməyiblər, bu səbəbdən reyestrdən keçə bilmirlər.
“Diplom ala bilməyən jurnalistlərin siyahısı bizdə mövcuddur. Hüquqi baxımdan bununla məşğul olan dövlət orqanı var. Bu məsələ qaldırılacaq. Həmin jurnalistlər arayışla bizə müraciət etsinlər, aidiyyəti qurumlar qarşısında müzakirə qaldıraq”, – Ə.İsmayılov qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.