Bu il üçün media subyektlərinə ayrılan maliyyə yardımının artırılması gözlənilmir.
araz.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun 2022-ci ilin yekunlarına dair hesabat konfransında bildirib.
O xatırladıb ki, 2023-cü ilin dövlət büdcəsi Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.
Ə.İsmayılov qeyd edib ki, vəsaitin artırılması ilə bağlı təklif gələn il üçün təqdim oluna bilər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.