talibovlar (3).jpg

“Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov anadan olduğu Şərur rayonunun Aralıq kəndidə yaşamır. Naxçıvandakı malikanəsini bircə dəfə tərk edərək Aralığa gəlib və həmin gün də qayıdıb”.

araz.az   Lent.az-a  istinadən bildirir ki,  Naxçıvandakı mənbə   dediyinə görə, oğlu Rza Talıbov istisna olmaqla Talıbovlar ailəsi məhz malikanədə qalırlar.

Talıbovun məlum istefasından sonra Naxçıvanda bəzi müsbət yeniliklər qeydə alınıb. Mənbə deyir ki, artıq minik avtomobili olan hər kəs taksiçiliklə məşğul ola bilər. Bundan başqa, əgər indiyədək muxtar bölgəyə köhnə maşınların gətirilməsinə qadağa vardısa, indi bu məhdudiyyətlər aradan qalxıb.

Həmçinin, Bakıdan gələn məhsullar üçün tətbiq edilən əcaib rüsumlar da yığışdırılıb.

Bununla belə, Türkiyə və İranla gömrük-keçid məntəqələrində bəzi məhduddiyyətlər qoyulub.

Mənbə deyir ki, neçə illərdən sonra bu həftə ilk dəfə Naxçıvan televiziyasında sosial mövzuda tənqidi material yayımlanıb. Süjet bölgədə internetin zəif olmasında bəhs edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.