“Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır. Zəngəzur dəhlizi ilə bağlı eyni halla üzləşəcəyik”.
araz.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan yazıb.
“Bir daha açıq-aşkar faktlara baxaq.
2022-ci ilin oktyabrında Praqada təslim olan Paşinyan nəhayət rəsmi şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa razılıq verdi.
Bundan sonra heç bir vasitəçi tərəf, o cümlədən Rusiya və ya İran indi Qarabağın Azərbaycandan kənarda olması məsələsini bəyan edə bilməz.
Çünki Ermənistanın faktiki lideri erməni tərəfinin rəsmi nümayəndəsi kimi, yəni biz ermənilər Qarabağın Azərbaycanın tərkibində olmasının tərəfdarıyıq. Və bu, faktdır, fikir deyil.
Bu mənada Zəngəzur dəhlizi ilə bağlı da eyni halla üzləşəcəyik.
Yeganə çıxış yolu de-fakto Türkiyəyönlü hakimiyyət orqanlarının heç bir “amma” olmadan idarəetmədən kənarlaşdırılmasıdır.
Qarabağ “hakimiyyət”i kapitulyantı açıq şəkildə ittiham etməyə davam edərsə, bir neçə aydan sonra onlar ya Bakı həbsxanasına düşəcəklər, ya da İrəvanda evsiz küçələrdə qalacaqlar”, – deyə Qeqamyan qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.