30088341-5c5b-46b8-89b4-c9d2f1698804.png

Azərbaycan Mərkəzi Bankı (AMB) “Qala Sığorta” ASC-yə 5 il müddətinə təkrarsığorta fəaliyyətini həyata keçirməyə lisenziya verib.

araz.az  Mərkəzi Banka istinadən xəbər verir ki, bununla bağlı qərar yanvarın 9-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis-Azərbaycan” şirkətinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8.944 milyon manatdır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.