Sığorta olunan şəxs vəfat etdiyi, yaxud həlak olduğu halda ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində onun öhdəsində olan ailə üzvlərinə, 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək) övladlarına, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına, 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxslərə (valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı), ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir. Şəxsin topladığı pensiya kapitalı o, dünyasını dəyişdiyi halda ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur. Pensiyalar hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur”, – qurumdan bildirilib.
“Vəsait dövlətə yox, varislərə keçməlidir. Qanunvericilikdə boşluqlar olduğu üçün bu prosesdən insanlar əziyyət çəkirlər. Bununla bağlı Azərbaycan qanununa yeni əlavələr etmək lazımdır. Prosesin həll olunma yolu ancaq ailə varislərinin məhkəmələrə müraciət etmələridir. Bir neçə ay araşdrma apardıqdan sonra qərarla ailəyə verilə bilər. Bu cür vəsaitlərin geri qaytarılması Azərbaycanda olub. İnsan illərlə işləyir və Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəyirsə, həmin pul onun mülkiyyətidir və varislərinə verilməlidir. Asan mexanzmini bu günə qədər hökumət elan edə bilmir. İnsanlar niyə məhkəməyə müraciət etməlidirlər? Bunun üçün əlavə pul xərcləməlidirlər? Qanunvericilikdə buna qadağa yoxdur. Bu mexanizmin bu günə qədər yaradılmaması insanlar arasında şübhə yaradır ki, bundan kimlərsə yararlanmaq məqsədilə istifadə edir. Başı çıxmayan şəxslərin pulu elə dövlətin hesabında da qalır”, – ekspert bildirib.
Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə də birmənalı şəkildə pensiya kapitalına yığılan pulu ölən şəxsin varisi almalıdır.
“Hazırda olan sistem ədalətsiz sistemdir. Sistemi dəyişmək lazımdır. Bir çox insanlar var ki, pensiya yaşına çatmamış vəfat edirlər. O pul hara gedir? Bu ailənin birlikdə əldə etdiyi vəsaitdir. Ona görə də istisnasız qaydada verilməlidir. Parlamentdə bu istiqamətdə təkliflər irəli sürmüşük. Ümid edirik ki, yaxın zamanda bu məsələyə baxılar”, – deputat bildirib.
12 il əvvəl – 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ var idi.
Dövr |
Kişilər üzrə pensiya yaşı |
Qadınlar üzrə pensiya yaşı |
1 iyul 2017 – 30 iyun 2018 |
63 il 6 ay |
60 il 6 ay |
1 iyul 2018 – 30 iyun 2019 |
64 il |
61 il |
1 iyul 2019 – 30 iyun 2020 |
64 il 6 ay |
61 il 6 ay |
1 iyul 2020 – 30 iyun 2021 |
65 il |
62 il |
1 iyul 2021 – 30 iyun 2022 |
65 il |
62 il 6 ay |
1 iyul 2022 – 30 iyun 2023 |
65 il |
63 il |
1 iyul 2023 – 30 iyun 2024 |
65 il |
63 il 6 ay |
1 iyul 2024 – 30 iyun 2025 |
65 il |
64 il |
1 iyul 2025 – 30 iyun 2026 |
65 il |
64 il 6 ay |
1 iyul 2026 və sonra |
65 il |
65 il |
araz.az xəbər portalı.
araz.az xəbər portalı.