1675525183_img-20230204-wa0032.jpg

Paytaxt Bakının Nəsimi rayonundakı Salatın Əsgərova küçəsi, 157 ünvanındakı ərazini, “Uğur — 97” firmasının başında duran əsas rəhbər şəxs, ağına-bozuna baxmadan, illər öncə, öz ata mülkü kimi əlinə keçirərək, qamarlaya bilib. O, hətta bu ünvanda əsrlər öncə tikilən, qəzalı vəziyyətdə olsa da, yaşayış yeri kimi uyğunlaşdırılan və hər vaxt ağır nəticələri ola biləcək uçuq-sökük 2 mərtəbəli binanı da, aidiyyatı qurumların başında duranların köməklikləri sayəsində, hansısa yolla alaraq, firmasının adına keçirməyə nail olub.

Konkret desək, 28 ailənin yaşamağa məhkum olduğu bu qəzalı binanı, sözü gedən firma, 22 il bundan öncə ələ keçirə bilib. Elə, aldığı gündən də, onun rəhbəri, bu binada yaşayanların həyatları ilə oynamaqdan çəkinmir. Sakinlərin haqlı yazılı və şifahi şikayətlərini isə, əlaqədar dövlət qurumlarında nə eşidən var, nə də buna yuxarılardan reaksiya göstərən. Qanun çərçivəsində lazımi tədbir görmək, necə deyərlər, sanki, “dalana dirənib”. Hətta Nəsimi Rayon İcra Hakimiyyətindəki kimi, Bakı Şəhər İcra Hakimiyyətində də, bu haqlı narazılığa günü bu günədək biganə münasibət nümayiş etdirilir. Bəs, gorəsən, bu uçuq-sökük binada hər an baş verə biləcək bədbəxt hadisəyə görə, cavabdeh kimlər olacaq?!

Bu ciddi məsələ, bir media vasitəsi olaraq, həmişə, araz.az xəbər portalının diqqətində olacaq. Bu barədə daha ətraflı yazının bu yaxınlarda dərcini planlaşdırmışıq. Elə, həmin yazıdaca, əsl günahkarların qanun çərçivəsinə sığmayan əməlləri barədə geniş açıqlamalar veriləcək.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.