bayden 1024x683 1 930x530

Çinin casus hava şarını dərhal vurmağı əmr etdim, amma Pentaqon tələsik qərar qəbul etməməyi məsləhət gördü.

araz.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Pilotlar hava şarını müvəffəqiyyətlə vurdular. Onları etdiklərin işdən ötrü təbrik etmək istəyirəm”, – Bayden bildirib.

Pentaqondan bildirilib ki, ilkin olaraq cihazı məhv etmək istəməyiblər, çünki onun insanlara xəsarət yetirə biləcəyindən və yerdəki əmlaka zərər verə biləcəyindən ehtiyatlanıblar.

Qeyd edək ki, dünən ABŞ Çinə məxsus olduğu deyilən hava şarını vurmuşdu.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.