“Laçın dəhlizi 22 km olmalı, Azərbaycan onu ATƏT-ə icarəyə verməli, o da öz növbəsində…”
“ATƏT-in Qərbin o vaxtkı təkliflərinin Azərbaycanın maraqlarına tam zidd olması, heç də o demək deyil ki, ayrılıqda Rusiyanın 2020-ci ilin noyabrında “sülhməramlı” adıyla ordusunu ərazimizə yeritməklə, üstəlik, Xankəndində milyarder “desant”ı Vardanyanın və Arayikin timsalında özünə sərfəli bir rejim qurmaqla yaratdığı və artıq 3-cü ildir ki, davam edən qeyri-müəyyən şərait bizə sərfəlidir…”
ABŞ Dövlət Departamentinin 1997-1998-ci illər üçün sənədləri dərc olunub ki, onların arasında Qarabağ siyasəti ilə bağlı sənədlər də var.
Moderator.az xəbər verir ki, bu haqda ABŞ-ın “Azadlıq” radiosunun erməni bürosu məlumat yayıb.
Bəzi erməni şərhçilərin iddiasına görə, sözügedən sənədlər sübut edir ki, Ermənistan üçün obyektiv olaraq daha sərfəli olan “paket” həll variantından imtina edən məhz Qarabağdakı separatçı rejim və İrəvanda o vaxtkı baş nazir və sonradan prezident olan Robert Köçəryanın təmsil etdiyi Qarabağ klanının rəhbərliyi olub.
Bəhs edilən sənədlərdən bəzi sitatlar:
“Xankəndi və Bakı (!) paket variantından qəti şəkildə imtina edir. Təxminən iki aydan sonra həmsədrlər eyni prinsiplərə əsaslanan yeni, mərhələli plan təqdim edirlər, lakin icranın, belə demək mümkünsə, uzadılmış variantı seçilir.
…Həmsədrlərin bu ardıcıl səyləri fonunda Ermənistan prezidenti (Levon Ter-Petrosyan) sentyabrda (1997-ci ildə) mətbuat konfransı keçirir və Ermənistan tərəfinin beynəlxalq ictimaiyyətin iradəsinə zidd getməsinin nə qədər təhlükəli olduğunu müəyyənləşdirir.
630611_src.jpg (48 KB)
…İrəvanda hakimiyyət uğrunda mübarizə hər saat dərinləşirdi (…) Ter-Petrosyanın istefasından bir ay əvvəl, yanvarda (1998-ci ildə) İsveçdə ABŞ dövlət katibinin müavini Strobe Talbot, (Rusiya xarici işlər naziri Yevgeni) Primakovla görüşdü. “Köçəryan Ermənistan prezidenti olmaq istəyir. Qarabağ erməniləri maneədir, gəlin bu məsələyə vaxt itirməyək, bunun əvəzinə nə edə biləcəyimizi müzakirə edək”.
…Həmin günlərdə masada Laçın istisna olmaqla, işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması, tərəflər arasında bölücü xəttin yaradılması variantı var idi – bufer zonası tamamilə yaşayışsız qalmalı və ATƏT qüvvələrinin nəzarəti altında olmalıdır.
Laçın dəhlizi indiki 5 km deyil, 22 km olmalı idi və Azərbaycan onu ATƏT-ə icarəyə verməli, o da öz növbəsində onu Dağlıq Qarabağ hakimiyyətinin istifadəsinə verməli idi…
Keçmiş Dağlıq Qarabağdakı separatçı rejimin öz bayrağı, gerbi, himni və konstitusiyası olmalı idi. Vətəndaşlar Qarabağ ərazisində hərbi xidmət keçə bilərdi və Azərbaycan ordusunun, təhlükəsizlik qüvvələrinin və polisinin separatçı rejim hakimiyyət orqanlarının icazəsi olmadan Dağlıq Qarabağa daxil olmaq hüququ olmamalıydı.
… Vasitəçilər dəfələrlə vurğulayıblar ki, bu, onların tapa biləcəkləri və tərəflərə təklif edə biləcəkləri ən yaxşı şeydir. Bununla yanaşı, fövqəldövlətlər erməni tərəfinə xəbərdarlıq ediblər ki, həll yolu tapılmasa, Ermənistan inkişaf və çiçəklənmə imkanlarını itirəcək…
araz.az xəbər portalı.
P.S. Qərbin o vaxtkı təkliflərinin Azərbaycanın maraqlarına tam zidd olması, heç də o demək deyil ki, Rusiyanın 2020-ci ilin noyabrında “sülhməramlı” adıyla ordusunu ərazimizə yeritməklə, üstəlik, Xankəndində milyarder “desant”ı Vardanyanın və Arayikin timsalında özünə sərfəli bir rejim qurmaqla yaratdığı və artıq 3-cü ildir ki, davam edən qeyri-müəyyən şərait bizə sərfəlidir…
araz.az xəbər portalı.