tvitterjpg-1583215877.jpg

Türkiyədə dünən yerli vaxtla saat 16.30-da bloklanan “Twitter”ə giriş yenidən açılıb.

araz.az Mia.az -a istinadən  xəbər verir ki, dünən bloklanma qərarından sonra Türkiyə Rabitə qurumunun rəsmisi Ömer Fatih Sayan Twitter səlahiyyətliləri  Con Hughes və Ronan kostello ilə görüşüb.

Görüşdə saxta hesablar, dezinformasiya yayan hesabların silinməsi, həmçinin, saxta yardım elanlarının nəzarətə alınması və digər məsələlər müzakirə olunub.

Türkiyə mətbuat yazır ki, görüşdən sonra 9.5 saat sürən bloklanma qərarı ləğv olunub.

“Twitter”ın sahibi Elon Musk görüşdən sonra belə bir tvit atıb: “Daha çox şeyi anlamağa çalışırıq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.