ebulfez

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun cinayət işi üzrə ibtidai araşdırma davam edir.

araz.az Reyting.az-a istinadən  xəbər verir ki, istintaq orqanı tərəfindən seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatət verilib.

Səbail Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.

Qərara əsasən, Əbülfəz Məlikovun həbs müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.