dilara-gonder-istefa-1.jpg

Zəlzələ ilə bağlı dediyi sözlər ölkədə gündəmə çevrilən Türkiyənin “Show TV” telekanalının aparıcısı Dilara Gönder istefa verib.
araz.az
xəbər verir ki, o, bu barədə tvitter hesabında yazıb.

“Yazmaq çətin idi, istefa verdim. Bütün həmkarlarıma və bu vaxta qədər mənə iş imkanı yaratdıqları üçün və “Ciner Media Qrupu”na təşəkkürümü bildirirəm”, – deyə aparıcı bildirib.

Qeyd edək ki, tanınmış aparıcı zəlzələ ilə bağlı telekanaldakı son çıxışı ilə gündəm olmuş, burada binaların tikilməsində rolu olan mühəndislərin, podratçıların və tikinti üçün icazə verən dövlət qurumlarının səbəbkar olduğunu bildirmişdi.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Sonuncu məlumatlara əsasən, zəlzələ nəticəsində 17 min 674 nəfər dünyasını dəyişib, 72 min 879 yaralı var.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.