1584010022023021201.jpg

“Bugün Azərbaycan xalqı Türkiyənin yanındadır. Hadisə baş verən gün Cənab Prezident birbaşa Türkiyə prezidenti ilə birbaşa əlaqə saxladı. Artıq Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları, Fövqaladə Halların əməkdaşları Türkiyədə fəal iştirak edirlər.Artıq bu prosesdə fəallığına görə Azərbaycan ilk dövlətlərdən biridir”.

araz.az bildirir ki, bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
"Azərbaycan xalqı bir daha Türkiyənin yanında olduqlarını sübut edirlər" - ŞƏRH

O bildirib ki, bütövlükdə Azərbaycanda bugün müxtəlif formalarda yardımlar toplanılır.

 “Həmçinin millət vəkilləri də bu yardımlara qoşulublar. Türkiyənin sevinci bizim sevincimiz,Türkiyənin kədəri bizim acımızdır. Biz inanırıq ki, türk xalqı bir çox sınaqlardan keçdiyi kimi bu sınaqdan da keçib,gələcəyə baxmağı bacaracaq. Azərbaycan xalqı bu prosesdə aktiv şəkildə iştirak edib, Türkiyənin yanında olduqlarını bir daha sübut edirlər”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.