mudafienazirliyi123

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Savalan Hüseynov qar uçqununa düşərək həlak olub.

araz.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:  “Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.

araz.az xəbər portalı.