araz.az azinforum.az-a istinadən xəbər verir ki, jurnalist Məhəmmədəli Qəribli “Senger TV” adlı internet televiziyasının efirindən maraqlı fakt səsləndirib. O bildirib ki, Vasif Talıbovun idarəçiliyi dönəmində rus əslilli Azərbaycan vətəndaşı Mixaylova Lyubov Alekseyevnaya məxsus olan Şərur şəhərinin mərkəzindəki özəlləşdirilmiş mətbəənin sökülməsinə göstəriş verilib. Qeyd edək ki, sözügedən xanım və onun həyat yoldaşı Azər Hacızasə ixtisasca jurnalist olublar. Azər Hacızadə Azinforum.az-a açıqlamasında faktın doğruluğunu təsdiqləyib. O qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya rəhbərliyinə müraciət ediləndən sonra, ailəyə təzyiqlərə son qoyulub. Azər Hacızadə deyir ki, onun ailəsinə təzyiq Prezident İlham Əliyevlə şəxsən görüşəndən sonra başlayıb. Hətta, Vasif Talıbovun Məhərrəm Talıbov adlı qardaşı jurnalisti güllələyəcəyi ilə hədələyib: “Mənə dedi ki, sən kimsən bizim başımızın üstündən iş görürsən?”
Azər Hacızadə bildirib ki, onlar dəymiş ziyanın ödənilməsi və ailə qarşı cinayəti törətmiş şəxslərin cəzalanmasını istəyirlər. Azinforum.az mövzuya aid videonu təqdim edir:
araz.az xəbər portalı.
araz.az xəbər portalı.