Bu gün, yəni 10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinin 195 illiyidir. Bu tarixə hər kəs fərqli rakursdan baxa bilər. Hamısı da əsaslı ola bilər. İşğal da, müstəmləkəçilik də, parçalanma da real faktdir. Rusiyanın qətliamları da unudulmuş deyil. Ancaq mənim üçün bu tarixin birinci önəmi budur: 10 fevral 1928-ci il tarixində Allah bizi İran təbəəsi olmaqdan xilas edib, xalqımızın az hissəsi vəhşı, nadan, cahil, xəstə dinçi iranlı kimliyindən qurtularaq tərəqqinin yolunu tutmuş və yekunu da müstəqil dövlət qurmağımız olub. Tarixi bu cür oxumayana qədər 1828-ci ilin gerisinə qayıtmaq virusunu hər zaman içimizdə canlandırmağa çalışacaqlar! Mən Türkmənçay müqaviləsini iranlı olmaqdan qurtuluş sənədi kimi qiymətləndirirəm. Kaş ki, xalqımızın qalan hissəsi də bizim kimi bu kimlikdən xilas olaydı. Türmənçaydan bu qədər aralandıqdan sonra belə irançı zehniyyətin daşıyıcılarına bu məmləkətdə hər dəfə rast gələndə bu müqavilənin önəmini daha dərindən anlamağa başlayırsan və həmişə bu suala cavab axtarırsan: Tükmənçay olmasaydı, indi biz haradaydıq?
Fazil MUSTAFA,
Millət vəkili
araz.az xəbər portalı.