edalet11

İranın Birinci və İkinci Qarabağ müharibəsi dövründə, həmçinin Vətən müharibəsi başa çatdıqdan sonrakı müddətdə bizə qarşı yönələn fəaliyyətlərini nəzərə alsaq, o zaman Tehranın İrəvanla birlikdə Azərbaycana qarşı təxribatlarda iştirakını heç bir halda istisna edə bilmərik.

araz.az bildirir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Publika.az-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, burada əsas hədəf İranın Azərbaycan sərhədlərində öz qüvvələrini yerləşdirməkdən ibarətdir.

“Bildiyimiz kimi, Fransanın jandarmlardan ibarət hərbi missiyasını artıq Ermənistanın Azərbaycanla sərhədlərində yerləşdirilmək istəyirlər. İran da, Türkiyə və Azərbaycanın zəlzələnin yaratdığı nəticələri aradan qaldırmağa başı qarışdığı üçün fürsətdən istifadə etmək niyyətindədir”, – ekspert deyib.

Ə.Verdiyev hesab edir ki, bu niyyətlərin heç biri nəticə verməyəcək: “Azərbaycan ordusunun kifayət qədər böyük potensialı var. Növbəti dəfə təxribata əl atanlar məyus olacaq və nəticə etibarilə belə bir təxribat sonda Ermənistan üçün canlı qüvvə və texnika itkilərinə, o cümlədən, ordumuzun irəliləməsinə səbəb olacaq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.