Yunanıstanın XİN başçısı Nikos Dendiasla Türkiyəni zəlzələ baş verən bölgəsinə səfər edib.

Mia.az xəvbıər verir ki, o, burada türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə birlikdə Hatay şəhərini havadan izləyib: “Nazirlər helikopterdə havadan Hataya baxış keçrib. Çavuşoğlu həmkarı Nikos Dendiasla dağıntılaırn miqyası barədə izahat verib”.

araz.az mia.az-a istinadən  xəbər verir ki, nazirlər daha sonra ayaqüstü brifinq keçrib.

Mevlüt Çavuşoğlu deyib ki, yunan həmkarının bu səfəri dar gündə dostluğa işarədir: “İnanıram ki, bu səfər gərgin münasibətlərimizin barış içində davamı üçün vəsiləyə çevriləcək…”.

Brifinqdə çıxış edən Nikos Dendiasla həlak olanlara görə Türkiyəyə bir daha başsağlığı verib: “Həmkarım Mevlüt Çavuşoğlu haqlı olaraq deyir ki, münasibətlərimizi qaydaya qoymaq üçün yeni bir zəlzələ gözləməyə ehtiyac yoxdur”.

Nazir bildirib ki, Türkiyəyə dəstəkləri yalnız zəlzələ ilə əlaqədar olmayacaq: “Bu çətin gündə Türkiyənin bizə göstərdiyi qonaqpərvərliyinə görə təşəkkür edirəm”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.