Xəbər verdiyimiz kimi, dünən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib.

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

araz.az Bizim.Media-ya istinadən  xəbər verir ki, Paşinyan çıxış etməzdən öncə əlindəki mikrofonu işə sala bilməyib.

Bu isə zalda olan operatorların diqqətindən yayınmayıb və nəticədə baş nazir özünü biabır edib.
Xatırladaq ki, ötən il İrəvanda keçirilən tədbirdə o, stolun üstündəki qələmi oğurlayaraq cibinə qoymuşdu. Bununla bağlı yayılan video da trendə çevrilmişdi. 

Yəqin bu dəfə də onun fikri mikrofonu oğurlamaq olub, ancaq ölçünün böyüklüyü ona ideyasını həyata keçirməyə imkan verməyib.

 

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.