Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.
araz.az apa.az-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlu və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının evdə meyitləri aşkarlanıb.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Ölümün baş vermə səbəbləri araşdırılır.
Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.
Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.