bextiyarhacyev

Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.

araz.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Məhkəmə B. Hacıyevin həbsdə qalması barədə qərar verib.

Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir.

Bu gün – 19 fevral onun aclıq aksiyasının 41-ci günüdür.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

İctimai fəal fevralın 16-dan sudan da imtina etdiyini açıqlayıb.

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.