Fevralın 19-da Qərbi Azərbaycan İcmasında İcmanın Ziyalılar Şurasının iclası keçirilib.
araz.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli məlumat verib. İclası giriş sözü ilə Ziyalılar Şurasının sədri, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov açaraq sözü Qərbi Azərbaycan İcmasın sədri, millət vəkili Əziz Ələkbərliyə verib. Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələr və bu vəzifələrin həyata keçirilməsində Ziyalılar Şurasının və hər bir Azərbaycan ziyalısının rolu barədə ətraflı məlumat verib.
Tədbirdə Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov, Milli Məclisin deputatı Etibar Əliyev, professor Avtandil Məmmədov, dosent Heydər Cəfərov, professor Orucəli Rzayev, dosent Fuad Qənbərov, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov, baş elmi işçi Qorxmaz Quliyev, iqtisad elmləri doktoru Ayaz Orucov, filologiya elmləri doktoru Əzəmət Rüstəmov çıxış edərək İcmanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası ilə bağlı fikir və təkliflərini bildiribər.
Qərbi Azərbaycan İcmasının tərkibində yaradılacaq müxtəlif sahələr üzrə İşçi Qrup və Komissiyalarda ziyalıların fəal iştirakı qərara alınıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.