“Bu gün Avropa ölkələrinin çoxu polietilen torbalardan imtina edib. Analoji qayda bizdə də tətbiq olunmalıdır. Bu, ekoloji və insan sağlamlığı baxımından da məqsədəuyğundur. Lakin polietilen torbaların kağızla əvəz olunması və ölkənin buna hazır olması öncədən araşdırılmalıdır”.
araz.az Bakupost.az-a istinadən xəbər verir ki, bunuqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, kağız torbaların idxal deyil, daxili istehsal hesabına təmin olunmalıdır:
“Bu zaman bir qrup sahibkar vəziyyətdən istifadə edib kağız idxalı ilə əlavə qazanc götürmək istəyəcək. Bunun qarşısını almaq üçün müvafiq tədbirlər görmək lazımdır. Ən başlıcası isə ölkədə kağız sənayesi inkişaf etdirilməlidir. Bu sahə geniş texnologiyaya malikdir. Kağız torbalara keçiddən öncə daxildə kağız sənayesi inkişaf etmiş səviyyədə olmalıdır. Plastik və polimer torbalardan imtina edilərsə, bu, idxal deyil, daxili imkanlar hesabına təmin olunmalıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.