zengezur-dehliz.jpg

Tatul Akopyanın yazdıqları reallığı əks etdirir. Çünki həmin dövrdə kommunikasiyaların açılması ilə bağlı ümidlər reallığa daha yaxın idi.

araz.az bildirir ki, bu sözləri Axar.az-a erməni jurnalist Tatul Akopyanın Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistana verdiyi təklif haqqında yazdıqlarını şərh edən politoloq Fərhad Məmmədov deyib.

Politoloq Paşinyanın nəqliyyatla bağlı verdiyi bəyanatı xatırladıb:

“O dövrdə Paşinyan dəmirbyolu xəttinin açılması ilə bağlı razılıq əldə edildiyi haqqında bəyanat vermişdi. Yalnız avtomobil yolunun marşrutunun dəqiqləşdirilməsi məsələsi qalmışdı. Baş verən hadisələr Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun 20 oktyabr 2021-ci ildə keçirilən iclası ilə demək olar ki, üst-üstə düşür. Rusiya da dəhlizin açılması üçün hazırlıq işləri görürdü. Onsuz da İran-Ermənistan sərhədində Rusiya sərhədçiləri xidmət edirlər. Burada eksterritoriallığın nəzərdə tutulduğunu demək olmaz. Lakin Rusiya həmin vaxt Zəngəzurla bağlı müəyyən addım atdı”.

Qeyd edək ki, erməni jurnalist Tatul Akopyan sosial şəbəkə hesabında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) İrəvandakı sərhəd qoşunlarının qərargahından Ermənistan hökumətinə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin hasarlanması təklifi ilə məktub daxil olduğunu, lakin İrəvanın verilən təklifi qəbul etmədiyini yazıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.