“Qalatasaray” “Dinamo Moskva”da forma geyinən erməni yarımmüdafiəçi Zaxaryanın transferindən imtina edib.

araz.az xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb.

Bildirilib ki, erməni oyunçunun klubunun transfer haqqı olan 15 milyondan aşağı düşməməsi İstanbul klubunu fikirindən daşınmağa sövq edib.

Məlumata görə, “Qalatasaray” transfer müddətinin bitməsinə sayılı günlər qala Zaxaryanın alternativini Yunanıstanın PAOK komandasında tapıb: “”Qalatasaray” PAOK-da top qovan 20 yaşlı Giannis Konstanteliasi heyətinə qatmaq üçün danışıqlara başlayıb. İstanbul klubu onun transferi üçün 6 milyon avro təklif edib. Lakin yunan klubu qiyməti bir az qaldırmağa çalışır”.

Xatırladaq ki, yunan yarımmüdafiəçi bu mövsüm 18 oyunda 1 qol, 5 ötürmə ilə yadda qalıb. /mia.az/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.