“Hesab edirəm ki, Ermənistanın təxribatları artarsa, Azərbaycanın adekvat və preventiv tədbirlər görməsi qaçılmaz olacaq”
“Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə atəşkəsi yenidən pozmağa başlayıb. Həmçinin, Qarabağda qanunsuz silahlı erməni dəstələri mövqelərimizi müxtəlif istiqamətlərdə atəşə tutub. Avropa İttifaqının mülki missiyasının Ermənistana 200 nəfərlik qrupunun gəlişi fonunda Ermənistan silahlı qüvvələrinin aktivləşməsi təsadüfi deyil. Görünür, təlimat Kremldən deyil, Fransa praezidenti Emmanuel Makronun ofisindən verilir”. Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
araz.az hurriyyet.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının müki missiyasının tərkibində Fransanın silahlı jandarma dəstələrinin olduğunu vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Ermənistan təxribatlar həyata keçirməklə, Avropa İttifaqının anti-Azərbaycan bəyanatlar hazrlanmasına nail olmağa çalışır: “Hərbi yolla Azərbayana təzyiq edə bilməyən rəsmi İrəvan Fransa ilə birgə siyasi yolla təzyiq etmək planına malikdir. Çox güman ki, Avropa İttifaqının mülki missiyası Ermənistanın təxribatları fonunda Fransanın təhriki ilə Azərbayacan əleyhinə hesabatlar hazırlaya bilər. Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zəonasında silahlı erməni birləşmələrinin atəşkəsi pozması da eyni analoji xəttə xidmət edir. Görünür, Ermənistan sülh müqaviləsinə hazır deyil və prosesi pozmaqla anti-Azərbaycan koalisiyası formalaşdırmağa çalışır”.
Milli Cəbhə Partiyasının sədr müavini əlavə edib ki, Nikol Paşinyanın siyasəti anti-demokratik, sadist siyasətdən ibarətdir: “Rəsmi İrəvanın Azərbaycana gödərdiyi sülh təklifində Qarabağda Avropa İttifaqının xüsusilə, Fransanın missiyasının yerləşdirilməsini irəli sürüb. Ermənistan baş naziri Nikol Paşinyan “bulanıq suda balıq tutmağa” çalışır. Onun bu siyasətinin Ermənistan-Türkiyə münasibətlərində normallaşma porsesinə zərbə vuracağı istisna deyil. Hesab edirəm ki, Ermənistanın təxribatları artarsa, Azərbaycanın adekvat və preventiv tədbirlər görməsi qaçılmaz olacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.