“Qarabağ” bu gün Konfrans Liqasının pley-off mərhələsində ikinci oyununa çıxacaq.

araz.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, Ağdam klubu Belçikanın “Gent” komandası ilə qarşılaşacaq.

Bir həftə öncə bu rəqibinə 1:0 hesabıyla qalib gəlmiş Qurban Qurbanovun kollektivinə mərhələ adlamaq üçün səfərdə heç-heçə də bəs edəcək.

Bu, Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində ikinci sınağıdır. “Qarabağ” ötən il bu mərhələdə Fransanın “Olimpik” (Marsel) klubu ilə qarşılaşmış və mübarizəni dayandıran tərəf olmuşdu.

Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu

23 fevral
00:00. Gent – Qarabağ
Hakimlər: Villiam Kollum, Fransis Konnor, David Roome, Nikolas Valş (hamısı Şotlandiya).
VAR: David Coote (İngiltərə).
AVAR: Lee Betts (İngiltərə).
Gent. “Gelamko Arena”.

***

Komandaların start heyətləri açıqlanıb:

“Gent”: 33.Deyvi Rof, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 23.Cordan Torunariqa, 24.Sven Kums, 25.Nurio Fortuna, 29.Loran Depuatr, 31.Bruno Qodo

Ehtiyat oyunçular: 1.Pol Nardi, 2.Cozef Okumu, 10.Yens Petter Hauge, 12.Noa de Ridder, 15.Bram Laqae, 19.Malik Fofana, 20. Villi Orban, 22.Süleyman Marre, 27.Rune van den Berq, 28.Robbi van Hater, 35.Sederik van Dale, 39.Matias Fernandes

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Toral Bayramov, 87. Adama Diakabi, 90. Nəriman Axundzadə, 99. Redon Cica

***

Matç başladı.

***

İlk hissə qolsuz başa çatdı.

***

İkinci hissə başladı.

***

74-cü dəqiqə meydan sahibləri hesabı açır. G.Orban fərqlənir – 1:0.

***

Matçın əsas vaxtı başa çatdı. Hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissələr oynanılacaq.

***

Birinci əlavə hissə başladı.

***

İkinci əlavə hissə start götürür.

***

İkinci əlavə hissə bitdi. Cütün taleyi penaltilərdə həll olunacaq.

***

“Qarabağ” penaltilərdə rəqibinə 3:5 hesabı ilə uduzaraq mübarizəni dayandırır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.