“N.Tusi adına Klinika” Məhdud Məsuliyyətli Cəmiyyəti tərkibindən “N.Tusi adına Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinin ayrılaraq yarandığını, nəticədə “N.Tusi adına Klinika” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkil olunduğunu elan edir.
araz.az Banker.az-a istinadən xəbər verir ki, “N.Tusi adına Klinika” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 5000 manat azaldır. Buna qədər nizamnamə kapitalı 10000 manat idi.
Kreditorlar öz tələblərini 1 ay ərzində AZ1141, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 53 ünvanına bildirə bilər.
Qeyd edək ki, “N.Tusi adına Klinika” MMC 2002-ci ildə yaradılıb, qanuni təmsilçisi Asif Qurbanovdur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.