İki gündən sonra 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilərin Qarabağda-Xocalı şəhərində törətdikləri soyqırımın 31-ci ildönümüdür…
araz.az tezadlar.az-a istinadən xəbər verir ki, həmin faciəli günlərdə ermənilər yüzlərlə dinc sakini-qadın, qoca və körpə uşaqları belə aman vermədən güllələyib məhv etmişlər. Bu faciəni dünyaya yayanlardan ilk olaraq türk jurnalisti İrfan Sapmaz və jurnalist Ağası Hun olmuşdur.
Qeyd edək ki, TEZADLARTV-nin son buraxılışında Xocalı soyqırımına toxunmuşduq, Dünən onlar TV-də ötən həftə Ağdam və Xocalı faciəsindən danışmış Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Noovruzova zəng edərək bu faciəni ilk lentə olaraq dünyaya yaymalarına baxmayaraq Azərbaycanda onların adlarının çəkilməməsindən narazılıqlarını ifadə ediblər.
Təhmasib Novruzov “Təzadlar”a bunları dedi: “İrfan Sapmaz hazırda ABŞ-da, Ağası Hun isə Türkiyədə yaşayırlar. Hər ikisi mənə zəng vuraraq Xocalı faciəsinin dünyaya yayılmasında xidmətləri olsa da, adlarının çəkilməməsindən narahatlıqlarını ifadə etdilər… Həqiqətən də Xocalı soyqırırmı baş verəndən sonra həmin əraziyə jurnalist kimi Ağdamdan ilk gedən İrfan Sapmaz və Ağası Hun olmuşdur… Sonra Çingiz Mustafayev və digər jurnalistlər gəlmişdilər. İrfan Sapmaz video və fotoşəkillər çəkərək sıhəri gün Türkiyəyə uçdu, ordan bütün dünyaya bu faciınin görüntülərini yaymışdı. Dünya bu foto və videolardan sonra ermənilərin hansı qeyri-insani əməllər törətdiklərini gördü. Azərbaycanda da o cümlədən… Mən həm İrfan Sapmaza, həm də Ağası Huna təklif verdim ki, fevralın 24-də TezadlarTV-nin canlı efirində bu faciədən bəhs edəcəyəm, hər ikisi canlı efirə qoşulub o faciəni lentə alan, fotolar çəkib hər yerə yayan jurnalistlər-şahidlər kimi danışa bilərlər… Güman edirəm ki, o faciə dolu tarixin dünyaya yayılmasında kimin iştirakı olubsa, adı çəkilməli, əməyi qeyd olunmalıdır…
araz.az xəbər portalı.