“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra ölkəd fəaliyyət göstərən xırda siyasi partiyalar üçün ciddi problem yaranıb. Yeni qanunda partiyaların qeydiyyatın üçün 5000 üzv tələb edilməsi həmin partiyaları çətinə salıb. Artıq bəzi partiyaların fəaliyyətini dayandırması ilə bağlı iddialar səsləndirilib. İddia olunur ki, Sosial Rifah Partiyası, Böyük Azərbaycan Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azad Demokratlar Partiyası və Azadlıq Partiyası faəliyyətini dayandıracaq.
Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc Quliyev ilə əlaqə saxladıq.
Partiya sədri Demokrat.az-a açıqlamasında bildirib ki, yayılan informasiya doğru deyil:
“Jurnalist təxəyyülünə şərh verməyə məncə ehtiyac yoxdur. Partiyada hər şey qaydasındadır. Biz üzv yığmaq kimi problem həll etmirik, mövcud üzvlərimiz var. 12 min nəfərin ərizə blank formasını elektron variantda hazırlamışıq və işimiz davam edir”.
Böyük Azərbaycan Partiyası sədri Elşad Musayev Demokrat.az-a açıqlamasında bunun yalan informasiya olduğunu bildirib.
“Bu, yalan informasiyadır və hazırda fəaliyyətimizi davam etdiririk.Hazırda təşkilatı strukturumuzu gücləndiririk. Partiyamızın üzvü kifayət qədərdir və heç bir partiya ilə birləşmək kimi fikrimiz də yoxdur”.
araz.az xəbər portalı.