putin77

“Əgər Ukrayna Silahlı Qüvvələri uğurlu əkshücum əməliyyatı apararsa, Putin hakimiyyətini itirəcək…”

“Ayrı-ayrı istiqamətlərdə zərbələr əsgərlərin mənəvi ruhunu sındıra və Rusiya ordusunun belini qıra bilər…”
Əgər Ukrayna Silahlı Qüvvələri uğurlu əkshücum əməliyyatı apararsa, Rusiya prezidenti Vladimir Putin hakimiyyətini itirəcək.
araz.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın sabiq Baş Qərargah rəisi, fəxri texnika elmləri doktoru, general Riçard Dannat Britaniyanın “Sky News” telekanalına müsahibəsində bəyan edib.
O, güman edib ki, ukraynalılar yazın sonu-yayın əvvəlində əkshücum keçirəcək. Belə müddətlər düzgün strategiya və müttəfiqlər tərəfindən vaxtında zəruri hərbi avadanlıq və döyüş sursatlarının tədarükü şərtilə tamamilə realdır.
Britaniyalı generalın sözlərinə görə, əgər Kiyev tez bir zamanda Almaniya və ABŞ-dan daha çox ağır tanklar, habelə qırıcılar və digər zəruri silahlar alarsa, müharibə artıq bu il başa çata bilər.
“Düzünü desəm, düşünmürəm ki, biz kifayət qədər yardım etmişik. Biz var gücümüzlə müharibənin bu il başa çatması üçün mümkün olan hər şeyi etməliyik”, – Dannat qeyd edib.
O, izah edib ki, “müəyyən nöqtələrdə” Rusiya qoşunlarına bir neçə həlledici zərbələr Ukraynaya qələbə gətirə bilər. Bu zaman, generalın sözlərinə görə, ordunu bürün cəbhə xətti boyunca paylaşdırmaq vacib deyil.
“Ayrı-ayrı istiqamətlərdə zərbələr əsgərlərin mənəvi ruhunu sındıra bilər və bununla da Rusiya ordusunun “belini qıra bilər”. Siz, sadəcə, kifayət qədər əsgəri məğlub olduqlarına inandırmalısınız, o zaman onlar uduzduqlarını anlayacaqlar”, – Dannat deyib.
Onun məlumatlarına görə, Rusiyanın hərbi rəhbərliyi Putinin hərəkətlərindən narazıdır, ona görə də, ehtimal ki, məhz bu səbəbdən Putinin hakimiyyətdən məhrum edilməsinə əl qoyacaqlar.
“Rusiyanın hərbi komandanlığı Putinin onların istəmədiyi müharibəni başlatmasından narazıdır. Düşünürəm ki, bu, Baş Qərargah rəisi Gerasimov və generallar heyəti olacaq. Məhz onlar Putini Kremldən “süpürüb atacaqlar”.
Yəqin ki, hamının verəcəyi sualı vermək istəyirsiniz: əgər Putin Kremlə rəhbərlik etməsə, kim edəcək? Açıq deyirəm, mən bu sualın cavabını bilmirəm. Amma soruşanız ki, hazırda Putindən ən çox narazı olan kimdir, mən deyərdim ki, generallar heyəti”, – general Dannat əmin edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.