realmadrif-loqo.jpg

“Real Madrid”inin futbolçusu Marko Asensio “Barselona”ya keçə bilər.
27 yaşlı yarımmüdafiəçi “Real”ın acığına bu addımı atmaq qərarına gəlib. Bildirilir ki, Karlo Ançelottinin Asensioya əsas heyətdə yer verməməsi onu qəzəbləndirib. La Liqanın 24-cü turunda “Betis”lə qarşılaşmada (0:0) Ançelotti Asensioya kənarda yarım saat məşq etdirməsinə baxmayaraq, onu meydana buraxmayıb.

Qeyd edək ki, bundan əvvəl “Barselona”nın Asensionun transfer etməkdə maraqlı olduğu barədə xəbərlər yayılmışdı. Asensionun müqaviləsi bu mösvümün sonunda başa çatır və “Barselona”ya azad agent kimi qoşula bilər./Metbuat.az

araz.az xəbər portalı.

araz.az xəbər portalı.