“Altılı masa”dakı namizədlik böhranından sonra Türkiyənin aparıcı tədqiqat şirkətlərindən “ORC” 4-6 mart tarixləri arasında prezident seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini dərc edib.
araz.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının lideri və “Altılı masa”nın vahid namizədi Kamal Kılıçdaroğlu ilə Prezident Rəcəb Tayyib Ərdoğanın yer aldığı ilk sorğuda 28 vilayətdən 1850 nəfər iştirak edib.
Sorğuda Türkiyədə keçiriləcək prezident seçkilərində prezident Rəcəb Tayyib Ərdoğan və CHP sədri Kamal Kılıçdaroğluna səs verilməsi istənilib.
Sorğunun nəticələrinə əsasən K. Kılıçdaroğluna verilən dəstək 56,8 faiz səviyyəsində olub.
Yerdə qalan 43,2 faiz isə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib./Yeniavaz.com/

araz.az xəbər portalı.

araz.az xəbər portalı.