dehliz lacin

“Laçın-Xankəndi yolu ətrafındakı aksiyanın davam etdiyi bir dönəmdə Ermənistan üzərindən Xankəndiyə silahların daşınması və gizli yolun aşkara çıxarılaraq sülhməramlıların nəzarətində olan ərazilərə silah-sursatın daşınmasının qarşısı alındı. Bu zaman Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu şəhid oldu. Hansı ki, 1 həftə əvvəl rus sülhməramlılarının vasitəsilə Azərbaycan rəsmilərinin və Qarabağda yaşayan erməni icmasının nümayəndələrinin görüşü keçirilmişdi.

Orada müəyyən məsələlər müzakirə olunmuşdu. Belə bir fikir yaranmağa başlanmışdı ki, artıq Azərbaycanla Qarabağdakı ermənilər arasında kontaktlar yaranır və bölgənin Azərbaycana inteqrasiya prosesi başlayacaq. Belə biraz da pozitiv bəzi açıqlamalar da yayılırdı”.

araz.az bildirir ki, иu sözləri “Qərb Xəbər”ə açıqlamasında politoloq Oktay Qasımov bildirib.

Politoloq qeyd edib ki, Ermənistan verilən dəstəklərin nəticəsində sülh prosesindən yayınaraq Qarabağdakı separatçı rejimə öz maliyyə, hərbi və digər yardımlarını etməyə davam edir.

oqtay-qasimov-5_e30e6431c9c9fbafc107

  • Oktay bəy, Xocalıda baş tutmuş Azərbaycan rəsmiləri və Qarabağda yaşayan erməni icma nümayəndələrinin görüşündən sonra proseslərin daha da alovlandığının şahidi oluruq. Son günlərdə proseslərin bu hala gəlməsinin səbəbini nədə görürsünüz?

– “Nəzərə almaq lazımdır ki, bölgədə marağı olan bəzi qüvvələr var. Xüsusilə də hal-hazırda qarantör rolunda çıxış edən və bölgədə sülhməramlı adı ilə hərbiçilərini yerləşdirən Rusiya bu baş verən hadisələrdə əsas səbəbkardır. Belə ki, Rusiya qarantör ölkə olaraq 10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirmir. Konkret olaraq Qarabağ ərazisində qalmaqda olan Ermənistan ordusunun hərbi birləşmələrinin çıxarılmasını təmin etməyib. Bununla bağlı heç bir ciddi addım atmayıb. Baxmayaraq ki, 1 il əvvəl Rusiya Müdafiə Nazirliyi Azərbaycana erməni silahlı birləşmələrinin 2022-ci ilin iyun ayının sonuna qədər Qarabağı tərk edəcək vədini vermişdi. Amma, biz bu vədin növbəti dəfə yerinə yetirilmədiyini gördük. Bir daha təsdiq olundu ki, Rusiya vədlərinə inanılacaq və imzasına hörmət ediləcək bir ölkə deyil.

_128817819_2d4914b1-8d6e-437a-a7ae-7bb0878d05a4

Məhz hal-hazırki gərginliyin yaranmasının səbəbkarı Rusiyadır. Bölgədəki silahlı birləşmələr qaldıqca təhlükəsizlik məsələsi aktuallığını saxlayır. Bu cür təxribatların da olacağına bir siqnal verir. Rusiya sülhməramlı kontingentinin gözü qarşısında bölgədəki erməni hərbi birləşmələri səngərlər qazır, müdafiə və istehkam xəttləri yaradırlar. Azərbaycan ordusunun mövqelərini müşahidə etmək üçün kameralar quraşdırırlar və digər hərəkətlər edirlər ki, bu da qəbuledilməz haldır. Rusiya tərəfi isə bunları çox sakit şəkildə izləməyə davam edir”.

  • Separatçı ordunun dronlarla təhciz olunmasında İranın xüsusi rolu olub. Destabilizasiyada maraqlı qüvvələr sanki Azərbaycanı ikinci bir savaşın içinə təhrik edirlər. Bizim reaksiyamız necə olacaq?

– “Rusiyadan başqa bölgədə sabitliyi, normallaşmanı istəməyən digər ölkələr də var. Onların da biri İrandır. İran 44 günlük savaşdan sonra Azərbaycana qarşı açıq şəkildə düşmən mövqeyi sərgiləməkdədir. Hətta uzun müddət Xankəndindəki seperatçı terrorçulara müxtəlif yollarla yardım etməkdə idi. 2021-ci ilin sonlarına qədər ərazinin yanacaqla təmin edilməsi İran üzərindən həyata keçirilirdi. Azərbaycan tərəfi bölgəyə yük aparan İran maşınlarını saxlamışdı. Bununla bağlı İran tərəfindən də izahatlar istənildi. Amma, yayılan məlumatlara görə ötən ilin ortalarından başlayaraq Rusiya sülhməramlılarının da nəzarəti altında İrandan Qarabağ ərazisinə xeyli sayda dronlar, o cümlədən raketlər gətirilib. Eyni zamanda 30-a yaxın İran terrorçusu məhz bu silahlardan istifadə etməyi öyrətmək və təlim keçmək üçün Qarabağa gəliblər. Onlar buradakı erməni silahlı birləşmələrinin təlimi ilə məşğul olurlar. Bu da bölgədə təhlükəsizlik riskini kifayət qədər artırır. Bundan başqa da bölgədə maraqlı qüvvələr var.

erməni ordu separatçı

Fransa da Ermənistanı dəstəkləyir. Bu dəstəklərin də nəticəsində Ermənistan sülh prosesindən yayınaraq Qarabağdakı separatçı rejimə öz maliyyə, hərbi və digər yardımlarını etməyə davam edir. Növbəti revanşa, müharibəyə hazırlaşmaqdadır. Hesab edirəm ki, Azərbaycanın reaksiyası səsləndirilib. Həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi səviyyəsində rus sülhməramlılarının 10 Noyabr anlaşmasının şərtlərinə qəti şəkildə əməl olunması tələb olunub. Onlardan bölgədəki terrorçuları, hərbi birləşmələri müdafiədən əl çəkməyə çağırış edilib”.

  • Gedişatın sonunu necə görürsüz və necə dəyərləndirirsiniz?

-“Laçın rayonunda Ermənistanla sərhəddə sərhəd keçid məntəqəsinin qurulması ilə bağlı mövqe ortadadır. Hesab edirəm ki, yaxın zamanlarda qəti hərəkətə keçərək məhz həmin hissədə özünün sərhəd keçid məntəqəsini qurmalıdır. Bununla da Qarabağdakı birləşmələrin təminat məsələsi ciddi şəkildə nəzarətə götürülür. Eyni zamanda Rusiya tərəfindən konkret vaxt tanınmaqla Azərbaycan ərazisindən qeyri-şərtsiz çıxarılması tələb edilməlidir.

1672726043_trend_lacin_yolu_030123_5

Bunu onlar etməyəcəyi təqdirdə Azərbaycan öz gücü ilə bunu edəcəyini bəyan etməlidir. Açıq şəkildə bildirilməlidir ki, Qarabağ ərazisində əlində silah tutan istənilən şəxs Azərbaycan ordusunun legitim hədəfinə çevriləcək”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.