“Test üsulu ilə ali məktəbə qəbul imtahanlarının ləğvini doğru hesab etmirəm”
araz.az sherg.az-a istinadən xəbər verir ki, Millət vəkili Fazil Mustafa ali məktəblərə test üsulu ilə qəbulun üstünlüklərindən və çatışmazlıqlarından danışıb. Deputat hesab edir ki, test üsulu ali məktəblərə qəbulda rüşvət piramidasının sındırılması üçün çox vacib addım idi. Ancaq heç bir halda uzunmüddətli və toxunulmaz formada qalmamalı idi: “Test üsulu tətbiq ediləndən üç-dörd il sonra ali məktəblərə qəbulun ən sadə forması tapılmalı idi. Əsas diqqət isə qəbula deyil, məktəbi bitirməyə yönəlməlidir. Bu üsul uşaqların yaradıcı düşüncəsinin formalaşmasına mənfi təsir göstərir. Test əzbərçiliyi sonrakı təhsil prosesində bilikləri daha əhatəli qavramada problemlər yaradır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.