Azərbaycanın mobil rabitə sahəsində yerli kadrların yetişdirilməsi məqsədilə, “Nar” İT ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı. Bu barədə, mobil operatordan araz.az-a daxil olan məlumata görə, proqrama seçilən tələbələr “Nar”ın mobil rabitə şəbəkəsinə nəzarət edən peşəkar texniki heyətlə birgə çalışmaq və karyeralarını artıq indidən qurmaq imkanı əldə edir.

May ayının sonunadək davam edəcək proqram çərçivəsində 27 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçir. Bu tələbələr Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində təhsil alırlar.
Qeyd edək ki, korporativ sosial məsuliyyət siyasətinin təhsilə dəstək istiqamətinə uyğun olaraq, “Nar” AzTU ilə uzunmüddətli əməkdaşlıq qurub. Əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası fəaliyyət göstərir, “Nar”ın texniki heyəti mobil rabitənin əsasları barədə təlimlər keçir və AzTU tələbələri təcrübə proqramlarına cəlb edilir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.