silah.jpg

Bakıda baş verən silahlı insidentdə 2 nəfər yaralanıb.

araz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur: “Onlar xəstəxanaya çatdırılıb”.

Məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

***

Bakıda atışma olub.

araz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib: “Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək”.

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

araz.az xəbər portalı. 

araz.az xəbər portalı.