Sayman Aruz: “Bunlar saxtakarlıq edərək “Ərran” sözünü “İranla” əvəzləyiblər”
Əvvəllər tez-tez internet resurslarında ermənilərin uydurma əməllərinə rast gəlirdiksə, son illər fars şovinistləri də bu sırada özlərinə yer tutublar. Anti-Azərbaycan, anti-türk təbliğatı aparan hay-fars cütlüyü Azərbaycanın tarixi şəxsiyyətlərini, mədəniyyət nümunələrini, musiqisini, mahnılarını və sairi mənimsəməkdə ad çıxarıb.
araz.az baki-xeber.com-a istinadən xəbər verir ki, uzun illərdir ki, fars rejimi, panfarsistlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvini dünyaya “fars şairi” kimi təqdim edirlər. Məlum, Nizami fars şairi deyil, farsca yazdığı qədər ərəbcə də yazıb, türk dilində də divanının olduğu barədə faktlar var. Nizami halal türk şairidir və ötən yazılarımızda qeyd etdiyimiz kimi, dünya alimləri bunu çoxdan təsdiq ediblər.
Hər birimiz hansısa bir mövzu ilə bağlı internetdə axtarış veririk və bəzən qarşımıza çıxan mənzərədən təəccüblənirik. Bu günlərdə Nizami Gəncəvi ilə bağlı axtarış edərkən internet resurslarında qarşımıza Nizamiyə aid olduğu iddia edilən bir şeir çıxdı və guya Nizami Gəncəvi İran haqqında şeir yazıbmış;
Həme aləm tən əst və İran del
(Bütün dünya bədən, İran ürəkdir)
Nist quyənde zin qiyas xəcel
(Natiq bu bənzətmədən utanmaz)
Çün ke İran del zəmin başəd
(Çünki, İran yerin ürəyi olanda)
Del ze tən be bud yəqin başəd
(Şübhəsiz ki, ürək bədəndən daha üstündür)
Belə bir parça ilə qarşılaşanda ilk düşündüyümüz bu mətnin saxta olması oldu. Qeyd edək bu mətn “Azərbaycan tarixi” feysbuk səhifəsində (3 avqust 2022-ci il) və eyni adlı Teleqram səhifəsində paylaşılıb. İndiyə qədər Nizaminin yaradıcılığını oxuyan bir kimsə, yaxud onun irsini tədqiqa edənlər mütəfəkkirin İran haqda şeir yazdığını vurğulamayıb.
“Saxta tarixə yox deyək” sloqnanı ilə fəaliyyət göstərən “Azərbaycan tarixi” kanalı foto mətnlə bağlı hər hansı şərh verməyib ki, bunun hansı niyyətlə payladığı məlum olsun. Barı, bu misraların hansı əsərdə “əks olunduğunu” qeyd edəydilər, o da yoxdur…
Məlumdur ki, bu gün Nizaminin “fars şairi” kimi qələmə verilməsi kampaniyasının başında panfarsistlər, fars şovinist düşüncəsinə sahib olalar dayanır. Belə rəy yaratmaq istəyirlər ki, guya Nizami Gəncəvi İran haqda şeir yazıb.
Qeyd edək ki, feysbukda bu paylaşıma istifadəçilərdən biri çox dəqiq rəy yazıb: “Bu, Nizami Gəncəvi yazı stili deyil. Xll əsrdə İran olmayıb. Səfəvilər, Qaçar və Əfsar Türk dövlətləri olub. İndiki İran isə onun ərazisində yerləşib. Xll əsrdə Xorasanın Həmədanin adları hallanır. Amma İran adı dövləti tarixi yazılarda yoxdur. Xl və Xll yüzillikdə Xorasandan Türkiyəyə köç edən şiə türklər Türkiyədə Səlcuqlar hakimiyyəti dövründə şiəliyi ilk yayanlar olub. Amma İran adı yoxdur”.
- “Gəncəvinin İrana aid şeiri olmayıb, bu mətndəki “İran” sözü saxtadır”
Nizami Gəncəvi ilə bağlı yayılan bu həqiqətə uyğun olmayan məsələyə şərh verən Azərbaycan Yazıçıar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan Komissiyasının sədri Sayman Aruz bildirdi ki, Nizami Gəncəvinin adından saxta mətnin ortaya atılması düzgün deyil: “Bu şeirdə “İran” sözü yoxdur, bunu sonradan düzəldiblər. O vaxt Ərran (Arran) deyilən ərazi olub ki, biz ona Aran deyirik. Bütün tarixi kitablarda “Ərran” kimi qeyd olunub. Ərran sözü ilə soyadlar da vardı. Məsələn, Tağı Ərrani. Onlar hamısı Ərrani soyadını Pəhləvi dövründə İrani etdilər. Məsələ budur ki, bunlar saxtakarlıq edərək “Ərran” sözünü “İranla” əvəzləyiblər. “Çün ke İran del zəmin başəd” – burada İran yox, Ərrandır. Sadəcə olaraq, bunlar tarixi saxtalaşdırmağa vərdişkardırlar. Özünüz yaxşı bilirsiz, bizim elə bir şeyimiz yoxdur ki, onlar onu mənimsəyib özlərinə götürməsinlər. Nizami Gəncəvinin İrana aid şeiri olmayıb, bu mətndəki “İran” sözü saxtadır. Siz təsəvvür edin ki, əgər doğrudan da o vaxtlar İran adında bir ölkə olsaydı onun adı Firdovsinin, Nizaminin, başqa şairlərin yaradıcılığında gedərdi. Firdovsinin qəhrəmanları, yaxud Əhəmənilər və digər sülalələri onlara aid olubsa, niyə onların şahlarının, Firdovsinin qəhrəmanlarının adları 100 il əvvəl uşaqlara qoyulmayıb? Niyə 150 yaşlı bir Daryus, Yazdegerd, Siyavuş yoxdur, nə üçün bu adlarda bir adama rast gəlinmir? Ona görə yoxdur ki, bunlar hamısı saxtadır, saxtalarlıqdır. Bu saxtalaşdırmalar hamısı son 80-100 ilə təsadüf edir. Sizə deyim ki, 150 yaşında İran adlı ya bir xanım, ya da bir kişi tapa bilməzsən. Amma indi İran adı qoyulur. Bəs niyə 100-150 il bundan qabaq bu ad yox idi, niyə istifadə edilmirdi? Bu məqamlara diqqət çəkmək lazımdır. 300 yaşlı İran adını mənə göstərsinlər. XII əsrdə İran adı yox idi, bunlar hamısı saxtalarlıqdır, təhrifdir, bu mətnə sonradan əlavə edilmiş sözlərdir. Bunlara inanmaq olmaz. Bu hamısı oyundur, hiylədir və tarixi təhrif etməkdir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.