milli11 (2).jpg

Bu gün, martın 10-u VI çağırış Milli Məclisin işə başlamasından 3 il keçir. Maraqlıdır, 3 illik fəaliyyəti necə qiymətləndirilir?

araz.az bildirir ki, mövzu il bağlı Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Milli Məclisin üç illik fəaliyyətini normal bir fəaliyyət istiqaməti olaraq görmək lazımdır:

“Öncə deyim ki, Milli Məclisin rəhbərliyində baş verən dəyişikliklər keyfiyyətli idarəetmənin təmin edilməsində mühüm yenilik oldu.

Birmənalı şəkildə demək olar ki, xanım Sahibə Qafarovanın Milli Məclisin sədri seçilməsi parlamentin iş rejimini xeyli intensivləşirdi.

Parlamentin diplomatik missiyası əvvəlki dövrlərə nəzərən artdı.

Fazil Mustafa

Hər ay 3-4 xarici ölkənin parlament nümayəndələri ilə görüşlər keçirilir, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi çevik şəkildə təmin edilir.

Yeniliklərdən biri də müxalif partiyaların təmsilçilərinin Milli Məclisdə rəhbər vəzifələrdə olmasıdır. Bu yeni bir situasiyadır.

Parlamentdə 3 dəqiqəlik debatlar da artıq ənənə halını alıb. Hansı ki, bu debatlarda cəmiyyəti narahat edən məsələlər işıqlandırılır.

Seçicilər ilə iş baxımından da xeyli istiqamətlər gücləndirilib. Bir çox deputat seçicilər ilə bölgələrdə görüşmək üçün ofislər açıb. Seçicilər ilə bağlı işlərin hazırlanması metodologiyası işlənib hazırlanıb.

44 günük Vətən müharibəsi dövründə Milli Məclis xüsusi rol oynadı. Parlament diplomatiyası yaradıldı. Şəhid ailələrinə dəstək verilməsi üçün böyük addımlar atıldı.

Milli Məclisin qəbul etdiyi ən önəmli qanun layihələri kimi isə “Siyasi partiyalar haqqında” və “Media haqqında” qanunları misal göstərmək olar”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.